METBUAT.AZ

Siyasət

Liviya dövlət başçısı Prezidenti təbrik etdi

26 Mart 2025 15:45

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl - Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!".


metbuat.az.