METBUAT.AZ

Ölkə

Martın 23-də qaz kəsiləcək -

22 Mart 2025 21:36

Sabah Şərur rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, 159 mm boruda çat yarandığı üçün təmir işləri aparılması məqsədilə saat 10:00-dan saat 12:00-dək Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


metbuat.az.