METBUAT.AZ

Ölkə

Mixail Saakaşviliyə yeni həbs cəzası verildi

17 Mart 2025 12:06

Tbilisi Şəhər Məhkəməsi keçmiş prezident Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Metbuat.az xəbər verir ki, bu Saakaşvilinin dördüncü həbs müddətidir. Əvvəlki hökmləri nəzərə alsaq, o, 2030-cu ildən tez azadlığa buraxılmayacaq.

2021-ci ildən həbsdə olan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və işgəncələrə məruz qaldığını iddia edib.


metbuat.az.