METBUAT.AZ

İdman

Neymar uzun müddət sonra milliyə qayıtdı

7 Mart 2025 09:58

“Santos”un 33 yaşlı hücumçusu Neymar uzun müddət sonra milliyə çağırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

15 aydan sonra yığmaya qayıdan futbolçu DÇ-2026-nın seçmə mərhələsində çıxış etmək imkanı qazanıb.

Neymar sonuncu dəfə millinin heyətində 2023-cü il oktyabrın 18-də Uruqvay yığmasına qarşı oyunda meydana çıxıb.

Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina komandaları ilə qarşılaşacaq.


metbuat.az.