METBUAT.AZ

Siyasət

Paşinyan ABŞ dövlət katibinə Azərbaycanla münasibətlərdən danışdı

25 Mart 2025 22:51

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığı ilə bağlı məsələləri, eləcə də regional gündəliyi müzakirə ediblər.

Baş nazir dövlət katibinə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsi üzrə razılaşma ilə nəticələnən danışıqlar proseslərini təqdim edib. Baş nazir saziş layihəsinin imzalanmasını gözlədiyini vurğulayıb.

Həmsöhbətlər yüksək səviyyəli Ermənistan-ABŞ təmaslarını davam etdirmək barədə razılığa gəliblər.


metbuat.az.