17 Mart 2025 11:57
Xızının prokuroru yol qəzasına düşüb.
Metbuat.az xəbər verir ki, "Toyota” markalı avtomibillə “Niva” markalı avtomobillə toqquşub.
"Toyota" markalı avtomobildə olan rayon prokuroru Aslanova Xəyalə Əlyəsə qəza nəticəsində xəsarət alıb.
Hazırda Xəyalə Aslanova və qəzada zərərçəkən şəxslər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti qənaetbəxş hesab olunur, müalicəsi davam etdirilir.