METBUAT.AZ

İdman

​"Qalatasaray"dan ulduz futbolçuya rədd edə bilməyəcəyi təklif

14 Mart 2025 10:42

"Qalatasaray" mövsümün sonunda "Bayer Leverkuzen"in ulduz yarımmüdafiəçisi Qranit Xhakanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçu üçün iddialı təklif irəli sürüb. “Fichajes”də dərc edilən xəbərə görə, "Qalatasaray" futbolçuya rədd etməsi çətin olacaqtəklif irəli sürüb. Bildirilir ki, "Qalatasaray" təkcə futbolçunu deyil onun klubu da razı salacaq təklif hazırlayıb.

Qeyd edək ki, “Bayer Leverkuzen”də ilk mövsümündə 50 matçda oynayan və 4 qol və 2 məhsuldar ötürmə ilə töhfə verən Qranit Xhaka, komandasının 128 illik tarixində ilk Bundesliqa çempionluğunda böyük rol oynayıb. Bu mövsüm futbolçu “Bayer Leverkuzen”də 40 oyunda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyərininin 17 milyon avro olduğu bildirilir.


metbuat.az.