METBUAT.AZ

İdman

“Qalatasaray” inamlı qələbə qazandı

15 Mart 2025 00:15

Türkiyə Supeliqasının 28-ci turuna "Qalatasaray" - "Antalyaspor" matçı ilə start verilib.

Metbuat.az xəbər verir ki, oyun İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. Görüşdə Osimhen het-triklə yadda qalıb, daha bir dəfə isə Morata fərqlənib.

Bu nəticə ilə "Qalatasaray" xallarını 71-ə çatdıraraq ilk pillədəki mövqeyini möhkəmləndirib. "Antalyaspor" isə 33 xalla 10-cu yerdə qalıb.


metbuat.az.