17 Mart 2025 19:42
“Sportinq”in danimarkalı gənc istedadı Konrad Harder Millətlər Liqasının 1/4 finalında Kriştiano Ronaldoya qarşı keçirəcəkləri oyundan əvvəl Sport TV2-yə diqqətçəkən açıqlama verib.
Metbuat.az xəbər verir ki, Konrad Harder Ronaldonun Portuqaliyada etimad edilən şəxs olduğunu ifadə edib və onun ölkədə sevildiyini qeyd edib. O bildirib ki, Ronaldo prezidentliyə namizədliyini irəli sürərsə, Portuqaliya prezidentliyini qazanacaq.
Qeyd edək ki, Kriştiano Ronaldo “Sportinq” klubundakı oyunu ilə tanınıb. Danimarka Millətlər Liqasının 1/4 finalında Portuqaliya ilə oynayacaq. Kriştiano Ronaldo da milliyə dəvət alıb.