METBUAT.AZ

Dünya

Rusiya və Ermənistan rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

21 Mart 2025 03:19

Rusiya və Ermənistan xarici işlər nazirlərinin müavinləri Mixail Qaluzin və Mnatsakan Safaryan Cənubi Qafqazdakı vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə ediblər.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, müzakirələr Moskvada XİN-lərarası məsləhətləşmələr çərçivəsində baş tutub.

Tərəflər həmçinin “3+3” regional əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) formatında region dövlətləri ilə onların qonşuları arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını ətraflı müzakirə ediblər.


metbuat.az.