METBUAT.AZ

Hadisə

Şəkidə keçmiş məhbus vəfat etdi

12 Mart 2025 15:23

Şəki rayonunda 26 yaşlı oğlan qəfil vəfat edib.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, dünən saat 12 radələrində 1999-cu il təvəllüdlü M.Şirinov yaşadığı Şəki şəhərindəki evdə qəflətən ölüb.

Yaxınları bildiriblər ki, əvvəllər (180-ci maddə üzrə) məhkum olunmuş M.Şirinovun halı anidən pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.