METBUAT.AZ

Hadisə

Şəkidə yeniyetmə bıçaqlandı

27 Mart 2025 09:13

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb, müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.


metbuat.az.