METBUAT.AZ

Dünya

Serbiyada xalq ayağa qalxdı

16 Mart 2025 00:01

Serbiyanın paytaxtı Belqradda etirazçılar Serbiya parlamentinə doğru yürüş ediblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin hər yerindən minlərlə insan iştirak etmək üçün tpaytaxta üz tutub.

Etirazçılar Serb Tərəqqi Partiyasının və prezident Aleksandr Vuçiçin hakimiyyətdən getməsini, ardınca isə keçid hökumətinin yaradılmasını tələb edirlər.

Etirazlar Novi Sadda qatar stansiyasında beton örtünün aşması nəticəsində 15 nəfərin öldüyü insidentdən sonra başlayıb.


metbuat.az.