17 Mart 2025 23:45
Şimali Koreya G7 ölkələrinin Pxenyanın bütün nüvə silahlarından, kütləvi qırğın silahlarından və ballistik raket proqramlarından imtina etməsi ilə bağlı çağırışlarına reaksiya verib.
Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bəyanatda G7 ölkələrinin Pxenyanın nüvə silahları əl çəkməsi çağırışı rədd edilib. Açıqlamada deyilir ki, Şimali Koreya xarici təhdidlərə qarşı nüvə potensialını artırmağa davam edəcək. Bəyanatda, bu proqramların ölkənin suveren hüququ olduğu irəli sürülüb. Qeyd edək ki, Kanadada keçirilən G7 Xarici İşlər Nazirləri Toplantısında Şimali Koreya ilə bağlı birgə bəyanat qəbul edilib.
Bəyanatda Şimali Koreyadan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bütün nüvə silahlarından, digər kütləvi qırğın silahlarından və ballistik raket proqramlarından imtina etməsi tələb edilib.