METBUAT.AZ

Hadisə

Sumqayıtda 3 yaşlı körpə öldü

22 Mart 2025 23:20

Sumqayıtda 3 yaşlı uşaq ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Xəzri yaşayış massivində qeydə alınıb.

Fərdi mənzildə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı qəfil pisləşib.

O Sumqayıt uşaq xəstəxanasına gətirilərkən yolda həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


metbuat.az.