METBUAT.AZ

İdman

Tomas Müller "Bavariya"dan getmək istəyir

31 Mart 2025 13:07

Karyerası boyunca yalnız "Bavariya"da çıxış edən və mövsümün sonunda müqaviləsi başa çatan Tomas Müller komandanı tərk etmək istəyir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, onun Almaniya nəhəngi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

T.Müllerin bir illik müqavilə təklifinə müsbət baxmadığı və komandadan ayrıla biləcəyi bildirilib.

Qeyd edək ki, 2009-cu ildən bəri "Bavariya"nın heyətində 742 rəsmi oyun keçirən Tomas Müller, bu matçlarda 247 qol vurub və 273 məhsuldar ötürmə edib.


metbuat.az.