METBUAT.AZ

Dünya

Tramp mühasirədə olan əsgərlərin bağışlanmasını istədi

15 Mart 2025 01:15

“Mən mühasirədə olan ukraynalı əsgərlərin bağışlanmasını istəyirəm.”

Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyində çıxışı zamanı deyib. Tramp ukraynalı əsgərlərin mühasirədə olmasını utancverici adlandırıb: “Nə baş verdiyini görmək çox utancvericidir”.

“Hazırda mühasirəyə alınmış və ciddi təhlükə altında olan çoxlu Ukrayna əsgəri var və Rusiya tərəfindən xahiş etmişəm ki, o əsgərləri öldürməsinlər”, - deyə o vurğulayıb.


metbuat.az.