METBUAT.AZ

İdman

Türkiyə Macarıstanı məğlub etdi -

21 Mart 2025 00:09

UEFA Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib.

Metbuat.az xəbər verir ki, A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda Türkiyə yığması Macarıstanla üz-üzə gəlib.

Qarşılaşmada Türkiyə millisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

Ali Sami Yen stadionunda keçirilən matçda ev sahiblərinin heyətində Orkun Gökçü, Kərəm Aktürkoğu və İrfan Kahveci fərqlənib.

Qonaqların yeganə qolunu Andreş Şefer vurub.


metbuat.az.