14 Mart 2025 12:10
Unibank biznes sahiblərinin POS-terminal əldə etməsi və istifadə prosesini xeyli asanlaşdırıb. Bankın Omnitech şirkəti ilə əməkdaşlığa başlaması, sahibkarlara POS-terminal və kassa aparatlarının çox rahatlıqla əldə edilməsi imkanı yaratmaqla yanaşı, bir sıra güzəştlər və üstünlüklər də qazandırır. Sahibkarlar Omnitech şirkəti tərəfindən müasir tələblərə cavab verən və bank tərəfindən yüksək proqram təminatı ilə əhatə olunan POS-terminallarla öz fəaiyyətlərini çox rahatlıqla həyata keçirə biləcəklər.
Metbuat.az xəbər verir ki, bu əməkdaşlıq biznes sahiblərinə aşağıdakı üstünlükləri qazandırır:
Bu layihə biznes sahiblərinin POS-terminal əldə etmə və istifadə etmə prosesini asanlaşdırmaqla yanaşı, daha da əlçatan edir.
Unibank haqqında:
Unibank Azərbaycanın ən böyük özəl banklarındandır. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 32 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Müştərilərin müxtəlif ehtiyaclarını qarşılamaq üçün geniş bir məhsul çeşidi təqdim edən Unibank, həm fərdi, həm də korporativ müştərilərə yüksək keyfiyyətli xidmət göstərir.
Omnitech haqqında:
Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir.
Unibank-Sənin Bankın!