METBUAT.AZ

Ölkə

Usubağa Məmmədova vəzifə verildi -

25 Mart 2025 15:58

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika Zavodu” MMC-nin direktoru Feyruz Əsədov vəzifəsindən azad edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, onu Usubağa Məmmədov əvəz edib.

O, bundan əvvəl də - 2020-ci ilin oktyabr ayına qədər zavoda rəhbərlik edib.

Xatırladaq ki, “Telemexanika Zavodu” 1981-сi ildən müxtəlif adlar altında fəaliyyət göstərən "Telemexanika" İstehsalat Birliyinin bazasında 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 138,1 milyon manatdır.


metbuat.az.