METBUAT.AZ

Hadisə

Xırdalanda yaşayış binası yanır

20 Mart 2025 11:23

Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksindəki binaların birində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, FHN-in 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub.

Qeyd edilib ki, hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır.


metbuat.az.