METBUAT.AZ

Dünya

Yəməndə bütün hərbi fəaliyyətlərə son qoyulmalıdır -

17 Mart 2025 23:04

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Yəməndə bütün hərbi fəaliyyətlərə son qoymağa çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin bəyanatında qeyd edilib. Quterreş ABŞ-nin Yəməndə husilərin nəzarətində olan bölgələrə hücumlardan narahat olduğunu bildirib. Quterreş əlavə gərginliyin regional sabitliyə və Yəmənə ciddi təhlükə yaradacağı barədə xəbərdarlıq edib. Quterreş beynəlxalq hüquq və humanitar hüququn bütün tərəflər tərəfindən yerinə yetirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, husilər humanitar yardımların Qəzzaya girməsinə icazə verilməsini tələb edib. Husilər tələbin yerinə yetirilməyəcəyi təqdirdə İsrailə dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.


metbuat.az.