METBUAT.AZ

Ölkə

Aprel ayının pensiyası nə vaxt ödəniləcək? -

7 Aprel 2025 12:42

Hazırda müəyyən edilmiş qrafikə əsasən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, digər bölgələrdə isə pensiya ödənişləri 20-28-i aralığında ödənilir.

Metbuat.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Katibi Rəşad Mehdili bildirib ki, aprel ayının ödənişlərinin verilməsi barədə yaxın günlərdə məlumat veriləcək.

"Əvvəlki aylarda olduğu kimi cari ayın pensiyası ay yekunlaşmadan bank kartlarına köçürüləcək".

Qeyd edək ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

Ülkər Abdurahmanlı / Metbuat.az


metbuat.az.