METBUAT.AZ

Hadisə

Bakıda gənc qız xəsarət aldı

5 Aprel 2025 09:00

Bakının Nizami rayonunda 16 yaşlı gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2009-cu il təvəllüdlü Ağayeva Maya Seyid qızı xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.