METBUAT.AZ

Hadisə

Bakıda məktəbli itkin düşdü -

12 Aprel 2025 21:52

Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Belə ki, Əlizadə Ayxan Zəfər oğlu sonuncu dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görülüb.

Yaxınları hadisə ilə bağlı polisə müraciət etdiklərini bildiriblər.

Görənlərdən və ya məlumatı olanlardan 077 733 05 05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib ki, azyaşlının tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.



metbuat.az.