12 Aprel 2025 21:06
Bərdə rayonunda 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalov bıçaqlanıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisəyə onun, “Tiktok” sosial şəbəkəsində mübahisəsi səbəb olub.
C.Zeynalov mübahisədən sonra bıçaq xəsarəti alıb. Ona xəsarət yetirməkdə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova şübhəli bilinir. T.Hüseynova şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.