METBUAT.AZ

Dünya

Bu ölkədə 6,2 bal gücündə zəlzələ baş verdi

2 Aprel 2025 21:07

Yaponiya sahillərində rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, yeraltı təkanların episentri Niçinan şəhərindən 54 km cənub-şərqdə yerləşib. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ 14 km dərinlikdə qeydə alınıb. Bəzi mənbələr zəlzələnin gücünün 6 bal olduğunu açıqlayıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Yerli dairələrin məlumatına görə, sunami xəbərdarlığı elan edilməyib.


metbuat.az.