METBUAT.AZ

Ölkə

Bu rayonda əməliyyat keçirildi -

5 Aprel 2025 09:35

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


metbuat.az.