7 Aprel 2025 23:28
Xəbər verdiyimiz kimi, qırmızı və yaşıl xətlərin ayrılması istiqamətində gedən işlərdən biri də “Dərnəgül” elektrik deposunun tikintisidir.
Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov bildirib.
Onun sözlərinə görə, ilin əvvəllərindən başlanan deponun inşası müxtəlif mərhələlərdən ibarət olmaqla 2027-ci ilin sonlarınadək davam edəcək.
Belə ki, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid tikiləcək. Bu isə o deməkdir ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “Dərnəgül”ə getməyəcək. Sərnişinlər “28 May” stansiyasında düşüb, “Dərnəgül” istiqamətiə gedən xəttə keçid etməli olacaqlar.
Qeyd edək ki, “Həzi Aslanov”dan “İçərişəhər”ə birbaşa gedən xəttdə hələlik heç bir dəyişiklik nəzərdə tutulmayıb.
Sevinc İbrahimzadə / Metbuat.az