METBUAT.AZ

Ölkə

Əfv sərəncamının imzalanacağı tarix

7 Aprel 2025 11:37

Əfv sərəncamının növbəti iclası aprel ayının 9-da keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, bunu komissiyanın üzvü Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, aprel ayında iclaslar davam edəcək və sənədlər yekunlaşdıqdan sonra cənab prezidentə təqdim olunacaq:

"Əfv sərəncamının may ayında imzalanması nəzərdə tutulub".

Xatırladaq ki, əfv Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Ülkər Abdurahmanlı / Metbuat.az


metbuat.az.