METBUAT.AZ

İdman

Hakimin qərarına əsəbləşən Qurbanov planşeti sındırdı -

2 Aprel 2025 18:15

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

Mtebuat.az offsideplus.az-a istinadən xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edir. Hazırda davam edən matçın 27-ci dəqiqəsində Ağdam klubunun qapısına penalti təyin edilib.

Buna hiddətlənən Qurban Qurbanov 2 dəfə dördüncü hakimə yaxınlaşıb və uzun mübahisə edib. Hirsi soyumayan baş məşqçi epizodun təkrarını izlədiyi planşeti ayaq zərbəsi ilə param-parça edib.

Həmin anları sizə təqdim edirik:



metbuat.az.