METBUAT.AZ

Dünya

Papa uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxdı

6 Aprel 2025 16:00

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindən yaranmış problemdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Metbuat.az xəbər verir ki, Roma Papası Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-də keçirilən Xəstə və Səhiyyə İşçilərinin Yubiley tədbirində Müqəddəs Pyotr Meydanına toplaşan dünyanın 90 ölkəsindən 20 mindən çox dindarı salamlayıb.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu. Roma Papası xəstəxanada 38 gün qaldıqdan sonra martın 23-də evə buraxılmışdı. Müqəddəs Taxt-Tac Papa Fransiskin səhhətinin yaxşılaşmaqda davam etdiyini bildirmişdi.


metbuat.az.