METBUAT.AZ

Dünya

Suriya prezidenti Türkiyəyə gedəcək

7 Aprel 2025 09:00

Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyəyə səfər edəcək.

Bu barədə Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Suriya Xarici İşlər Nazirliyi Əhməd əş-Şəraanın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlayıb.

BƏƏ əş-Şəraanın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq. O, fevralda Səudiyyə Ərəbistanına səfər edib.


metbuat.az.