Rüfət Xəlilov

Köşə yazarı

10:34 10 May 2017 2314
A- A+

Bizim hansısa bir generalımız belə bir əmr versə - onun aqibəti necə olar?

Tarixdə “Pirr qələbəsi” deyilən bir anlayış var. Yəqin ki, çox adam bu haqda məlumatsızdır. Bəzi tarixçilər bunu məğlubiyyətə bərabər qələbə də adlandırırlar.

Eramızdan əvvəl (e.ə) 279-cu ildə Kral Pirr Auskul yaxınlığında Roma legionu ilə üz-üzə gəlir. Onun qoşunları hərbi cəhətdən romalılardan üstün idilər. Öz qələbəsindən arxayın olan Pirr hücuma atılır. Hücum öz bəhrəsini verir və Pirr qalib gəlir. Roma ordusu isə 15.000 nəfər itki verərək geri çəkilməli olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir. Axı onun da ordusu düşmən kimi 15 000 nəfər itirmişdi?! Belə olduqda, Pirr deyir ki, onun bir dəfə də bu cür qələbəsi olarsa, bunu məğlubiyyət hesab etmək olar. O zamandan etibarən çətin, şübhəli və dolaşıq şəkildə əldə edilən uğuru “Pirr qələbəsi” adlandırırlar. Bu qələbəyə nail olmaq üçün isə kütləvi sayda qurban tələb olunur.

İkinci dünya müharibəsi... Tarixin mübaliğəsiz olaraq ən qanlı savaşı. Amma ştamplı sözlərdən uzaq durmağa çalışacam. Qısası bu qələbə 41 milyon 979 min insanın ölümü bahasına qazanılıb. Məğlub Almaniya isə cəmi 9 milyon itki verib. Üstəlik, 41 milyon 979 min insan təkcə Sovet vətəndaşlarının sayıdır. Ümumiyyətlə, tarix alternativləri və ehtimalları sevmir. Faşist Almaniyasının qələbəsini arzuluyanlarında fikrini bölüşmürəm. Hər halda, irqçilik, irtica, kütləvi qırğınlar üzərində qurulan bir quruluş mürtəcə xarakter daşıyacaqdı. İstənilən halda, bu günü bayram kimi qeyd edəciyik. Sovet şinelini əynimizdən çıxarsaqda, 9 may milyonlarla qurban verməklə qazanılan böyük zəfərdi. Bayramın mübarək, Azərbaycan!

P.S. Amerika generalı Hamsun yazırdı: "Jukov minalanmış ərazilərin üzərindən qaçmaq əmri verdi. Bir anlıq düşündüm ki, bizim hansısa bir generalımız belə bir əmr versə, onun aqibəti necə olar? Jukovun aqibəti ondan ibarət oldu ki, O, 3-cü dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü".

Rüfət Xəlilov

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI