Neymardan maraqlı açıqlama: "Ardanın üzünə dedim ki..."

Neymardan maraqlı açıqlama: "Ardanın üzünə dedim ki..."
18:34 12 Yanvar 2015
227 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” və Braziliya millisinin ulduz futbolçusu Neymar İstanbula gəlib. Lent.az-ın məlumatına görə, futbolçu 16-18 yanvarda Türkiyənin Alanya şəhərində baş tutacaq “İnternational Royal Cup” turnirinin İstanbul şəhərində keçirilən təqdimat mərasiminə qatılıb. Mətbuat konfransında “Barselona” ilə bağlı suallardan yayınan Neymar, yalnız özünün sahibi olduğunu “Neymar İnsistuto” komandası haqqında sualları cavablandırıb. “Mənim həyatda ən böyük arzumu reallaşdırmaq üzrəyəm. Gördüyüm işlərin bir səbəbi var: Braziliyada kasıb uşaqlara yardım etmək və onları sağlam həyata qazandırmaq”.

Neymar bu gecə açıqlanacaq “FİFA"nın "Qızıl top” mükafatına Messinin favorit olduğu qeyd edib. Bununla belə Kriştiano Ronaldo və Noyeri da yüksək qiymətləndirib.

Braziliyalı futbolçu “Atletiko Madrid”in forması geyinən türk futbolçu Arda Turan haqqında da danışıb və onu əla futbolçu adlandırıb. "Arda öz tarixini yazır. Dünənki oyunda bu sözləri onun üzünə də dedim. Bu yolda ona uğurlar arzulayıram “.

Neymar mətbuat konfransının sonunda türkiyəli azarkeşlərə təşəkkür edib: “Türkiyə ilə Braziliya milli komandaların yoldaşlıq oyununda hamı mənim oyunuma birlikdə əl çaldı. Bu qürürvericidir”.

Qeyd edək ki, “İnternational Royal Cup” turnirində “Qalatasaray”, “Beşiktaş”, “River Plate”, “Neymar İnsistuto” klubları güclərini sınayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR