Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələri təsdiq olunub

Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələri təsdiq olunub
18:38 12 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

2014-cü il dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələri təsdiq olunub.

Trend-in məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.

MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsində bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 8 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 43 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb.

MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı 2 nəfər əleyhinə, 16 nəfər lehinə olmaqla qəbul edilib. Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2352338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR