2014-cü il dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələri təsdiq olunub.
ANS PRESS-in məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.
118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.
MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsində bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 8 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 43 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb.
MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı 2 nəfər əleyhinə, 16 nəfər lehinə olmaqla qəbul edilib. Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.