Ötən il səyyar vergi yoxlamaları zamanı ödəyicilərin 99,4%-də vergi qanunvericiliyinin pozulması halları aşkarlanıb

18:42 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:38 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Azərbaycanda səyyar vergi yoxlamaları aparılmış vergi ödəyicilərinin 99,4%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu dövr ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 905 mln. 423,6 min manat əlavə vəsait hesablanıb.

 

Bu məbləğin 62%-ni əlavə hesablanmış vergi məbləği, 38%-ni isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edib. Ümumilikdə 2013-cü illə müqayisədə 2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləği 215 mln. 774,5 min manat və ya 31,3% artıb. 

 

Ötən il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3% çoxdur.  

 

Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6%, əlavə dəyər vergisi 29,1%, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8%, sadələşdirilmiş vergi 1,6%, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1%, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4%, digər vergilər isə 5,5% təşkil edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR