Ər romantik sürpriz hazırladı - arvadı güllələdi

Ər romantik sürpriz hazırladı - arvadı güllələdi
18:44 12 Yanvar 2015
336 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da qəribə hadisə baş verib. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlarda hərbi bazada zabit vəzifəsində çalışan  ia Zegule arvadına sürpriz hazırlamaq qərarına gəlib. O, bu məqsədlə səhər evdən çıxar-çıxmaz geri qayıdıb və romantik səhər süfrəsi hazırlamağa başlayıb.

 

Ancaq ərinin işdə olduğunu düşünən gənc qadın evdən səs gəldiyini eşidincə təşvişə düşüb. Gənc qadın mətbəxin qapısına bir neçə atəş açıb. Güllə yarası alan gənc zabit xəstəxanaya yerləşdirilib.

 

Beləliklə, bir gəncin xanımına romantik sürpriz etmək cəhdi belə bir xoşagəlməz hadisə ilə yekunlaşıb.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR