Azərbaycan xarici işlər naziri Qətərin yeni səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Qətərin yeni səfirini qəbul edib
18:52 12 Yanvar 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:43 ]


Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Səyar Rəhman Əl-Mavdahı qəbul edib.

 

Azərbaycan Xarici İşlər N       azirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və iki ölkənin biznes dairələri arasında təmasların artırılmasının vacibliyi vurğulanıb.  

 

Səfir S. Əl-Mavdah ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

S. Əl-Mavdah etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib. 

 

Öz növbəsində E. Məmmədyarov səfir S. Əl-Mavdaha diplomatik fəaliyyətində uğurlar arzulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR