Qətər səfiri səylərini əsirgəməyəcək (FOTO)

Qətər səfiri səylərini əsirgəməyəcək (FOTO)
18:53 12 Yanvar 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Səyar Rəhman Əl-Mavdahı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, qarşılıqlı səfərlərin və iki ölkənin biznes dairələri arasında təmasların artırılmasının vacibliyi vurğulanıb.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş əsnasında S.Rəhman Əl-Mavdah etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2352347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR