Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən sabiq hakimin məhkəməsi davam etdirilib

18:57 12 Yanvar 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:54 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Vəkil İradə Cavadovanın APA-ya verdiyi məlumata görə, prosesdə şahid qismində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Ziyad Cəlilov, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin təhqiqatçısı Şövqi İsmayılov və bölmənin əməkdaşı Məhərrəm Həsənov şahid qismində ifadə verib. Z.Cəlilov ifadəsində bildirib ki, Həsən Əliyev ondan Ramazan Səlimovun işə düzəlməsi barədə xahiş edib. Ş. İsmayılov və M. Həsənov isə ifadələrində bildiriblər ki,  Həsən Əliyev polis bölməsinə ilk dəfə dəvət olunan zaman Ramazan Səlimovdan pul almasını etiraf etməyib, lakin sonradan pul aldığını deyib və xahiş edib ki, pulu hissə-hissə qaytarmaq üçün ona şərait yaratsınlar.

 

Proses yanvarın 19-da digər şahidlərin ifadələri ilə davam etdiriləcək.

 

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.  

 

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevinqanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR