“Onu görsəm, təpiyimin altına salaram” - Kamil Zeynallıdan ŞOK açıqlamalar / VİDEO

ARB TV-nin "Turist" verlişinin növbəti qonağı tanınmış məşqçi Kamil Zeynallı olub.

Metbuat.az-ın məlumatına görə, fitnesi Azərbaycana mən sevdirib, tanıtmışam deyən Kamil, ünvanlı danışıb:

"Azərbaycanda fitnesi mən qaldırmışam. Bəlkə də bu sözümə görə "əşi danışır da" deyənlər olacaq, amma o insanlar savadsız adamlardır. Durub mənim üzümə bunu deyə bilməzlər. Amma bu faktdır ki, bu idmanı Azərbaycana mən sevdirib tanıtmışam. Efirə mən gətirmişəm. Elə bilin ki, saatın tam olmağına 11 rəqəmi var idi, 12-ci rəqəmi çatmırdı".

O, olduqca sərt açıqlamalar verərək etdiyi hərəkətlərdən heç də peşman olmadığını dilə gətirib:

"Mən indiyə qədər kimi təhqir, tənqid etmişəmsə əccəb etmişəm, lazım gəlsə, bir də edəcəm. Heç nədən peşman deyiləm. İstəyir jurnalisti olsun, tanınmış adamı olsun, sadə adamı olsun kimi təhqir, tənqid etmişəmsə, yaxşı etmişəm. Yaxşı at özünə qamçı yedirtməz. Mən bu gün əziyyət çəkib bu yerə gəlmişəm ki, kimsə özünü tanımayan, şəxsiyyətsiz mənə sosial şəbəkədə artıq-əksik söz yazsın, mən də üzümü çevirib gedim o tərəfə. Mən öz aləmimdə bunu özümə yaraşdırmıram. Onu həyatda da görsəm təpiyimin altına salaram".


Qazıntılar zamanı tapılanlar dünyanı heyrətə gətirdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR