Azərbaycanın inkişafına xidmət edən sosial-iqtisadi islahatlar beynəlxalq miqyasda təqdir edilir - Sevinc Fətəliyeva

Beynəlxalq hesabatlarda ölkəmizlə bağlı əks olunan məqamlar Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin səmərəliliyini göstərir.

Metbuat.az xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva YAP-ın rəsmi saytına deyib.

«Ümumiyyətlə, reytinq agentliklərinin ölkəmizin inkişafı ilə bağlı müsbət proqnozları Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir»-deyən, millət vəkili əlavə edib ki, Azərbaycanın inkişafına xidmət edən sosial-iqtisadi islahatlar mütəmadi olaraq həyata keçirilir və sistemli, ardıcıl xarakter daşıyır: “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən açıqlanan hesabatda Azərbaycanda mövcud olan sosial və siyasi sabitliyin davam edəcəyi ifadə olunub. Bu, öz növbəsində, Azərbaycanda makroiqtisadi sabitlikdən xəbər verir və səmərəli iqtisadi siyasətin göstəricisidir”.

Qazıntılar zamanı tapılanlar dünyanı heyrətə gətirdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR