Bakıda yaşayış binaları yaxınlığında anbarda baş vermiş yanğın söndürülüb

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yaşayış binalarının yaxınlığnda yerləşən həyət evləri və obyektlərin ərazisində yanğın baş verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hazırda yanğını söndürmək üçün hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonundakı yanğınla bağlı yaydığı məlumatda qeyd olunur ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən anbarda yanğın baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR