İndoneziyadakı zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib.

Metbuat.az-ın məlumatına görə, başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq".

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Sərnişin avtobusunda DAVA: Ortalıq bir anda qarışdı və... - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR