Gəncədə iki avtomobil yanıb - FHN

Gəncə şəhərində iki avtomobil yanıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 90 kv.m olan talvarın altında dayanmış "VAZ” markalı minik avtomobilinin yük hissəsi, arxa oturacağı və "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və qabaq təkərləri yanıb.

Yüksək temperaturdan tavanın lambirdən ibarət üzlüyü 5 kv.m sahədə əriyib.

Talvarın və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Günün qoroskopu - Səhhətinizə fikir verin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR