YPX əməkdaşları ilə sərxoş sürücü arasında mübahisə yaranıb - VİDEO

Bərdə rayonunda qaydalara əməl etməyən sürücü ilə Yol Patrul Xidməti (YPX) əməkdaşları arasında mübahisə yaranıb.

Metbuat.az report.az-a istinadən məlumat verir ki, şəhərin C.Məmmədquluzadə küçəsində baş verən insident zamanı küçədə tıxac yaranıb və nəqliyyatın hərəkəti bir müddət iflic olub.

Belə ki, "Lada-Priora" markalı avtomobil C.Məmmədquluzadə küçəsində yüksək sürətlə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən sürücüyə "Saxla" əmri verilib. Əmrə tabe olmayan sürücü təhlükəli manevrlər edərək ərazidən uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb. Onun sərxoş olduğu müəyyən edilib. YPX əməkdaşları sərxoş sürcünün əmrə tabe olmasını və avtomobildən düşməsini tələb edən zaman mübahisə yaranıb. Sürücü tabesizlik nümayiş etdirdiyindən əraziyə Post Patrul Xidməti (PPX) çağırılıb. Nəticədə həmin şəxs polis bölməsinə aparılıb, avtomobil isə YPX əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Baş verən insident zamanı küçədə uzunmüddətli tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Dekabr ayında DOLLARLA BAĞLI - İqtisadçı AÇIQLADI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR