Gəncə-Kəlbəcər-Laçın yolunun bir hissəsi yenidən qurulur - VİDEO

Gəncə-Kəlbəcər-Laçın yolunun 16.5 km-lik hissəsi yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38.4 m-lik Gəncə-Göygöl hissəsinin yenidən qurulması 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulur. 2-ci mərhələ üzrə isə Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.

1-ci mərhələ üzrə yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.

Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Yeni Zod hissəsi uzun müddətli istismardan sonra yararsız vəziyyətə düşmüş, yolun eninə və uzununa profilində çökmələr, çatlar və yuyulmalar əmələ gəlmişdi. Mövcud avtomobil yolu III və IV texniki dərəcəlidir. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır.

Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə 5.7 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Tikinti layihəsini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 2 ədəd transformator və 320 ədəd işıq dirəyi, 974 ədəd siqnal dirəyi, 170 ədəd yol nişanı və təhlükəli ərazilərdə 3.3 km uzunluğunda əyrixətli dəmir tirlər quraşdırılacaq, 50 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Növbəti mərhələdə sözügedən yolun 21.9 km uzunluğa malik Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.

Dekabr ayında DOLLARLA BAĞLI - İqtisadçı AÇIQLADI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR