Bu qızın xəstəliyi hər kəsi təəcübləndirir

Birləşmiş Krallıqda Vales şəhərində yaşayan 18 yaşlı gənc qızın xəstəliyi hər kəsi təəcübləndirir.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, Hermione Koks Denning adlı gənc qız xalq dilində “yatmış gözəl” olaraq tanınan Kleine-Nevin sindromu xəstəliyi ilə mübarizə aparır.

Gənc qız yatağa yatdıqdan sonra ən az 3 gün yatır və özünü “həqiqi həyatdakı yatan gözəl” olaraq adlandırır. Anormal yuxudan əziyyət çəkən qız xəstəliyi ilə birlikdə həddindən artıq spirtli içki içərək daha dərin yuxuya getdiyini bildirib.

Əvvəlcə həddindən çox yorğunluqla başlayan xəstəlik gənc qızın dərslərinə də mane olub və o, bir il boyunca məktəbə gedə bilməyib. Hermione ilk yuxulu halını “dumanlı” olaraq xatırladığını deyib.

Valideynləri əvvəlcə onun qrip olduğunu düşünüb. Amma gənc qız aylar sonra yenidən bir neçə günlüyə yuxuya gedib.

Hermionenin valideynləri 2016-cı ildə başqa bir yuxu sindromu yaşadıqdan sonra mütəxəssislərdən kömək almağa başlayıb.



https://metbuat.az/news/1003284/sosial-media-bu-go...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR